Aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa Birliyi və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa Birliyinin Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Telefon danışığı zamanı Entoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.
- Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür
- Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva
- Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...
- “Proseslərin başında Ramiz Mehdiyev dururdu” - Rasim Balayev sirləri açdı
- Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər: “Rusların təcrübəsi yoxdur”
- Mehdiyev yenə ifadə verdi - İstintaqa əsa ilə gedib
- MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...