Sursat çatışmazlığından narahat deyiləm - CENTCOM
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper İrana qarşı müharibə səbəbindən mümkün sursat çatışmazlığından narahat olmadığını bildirib.
BUTA.TV xəbər verir ki, o bu barədə "CBS Nyus"a verdiyi müsahibədə deyib.
"Mən qətiyyən narahat deyiləm. Biz yaxşı təchiz olunmuşuq və hər hansı gözlənilməz situasiyaya hazırıq", - Kuper bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ mediasında Pentaqonun əsas sursat ehtiyatlarının azalması ilə bağlı məlumatlar yayılmışdı.