Nikolun masasında Azərbaycan bayrağının simvolu? - FOTO

05:10 - 9 Aprel 2024 - SİYASƏT

 Nikolun masasında Azərbaycan bayrağının simvolu? - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyanın vaxtaşırı yellədiyi Ermənistan xəritəsinin maketi, son vaxtlar onun masasında daha çox görünən qara kepka və qum saatı – bütün bu simvolları Qərb diktə edir.

BUTA.TV xəbər verir ki, belə bir iddianı erməni mediasına açıqlamasında “Mədətyan” psixoloji mərkəzinin rəhbəri, psixoloq Miqrdat Mədətyan deyib. Onun fikrincə, həm bu simvollar, həm də 2018-ci ildə hakimiyyət dəyişikliyi və 2020-ci ildə müharibə zamanı istifadə olunan üsullar əslində Qərb mütəxəssislərinin işinin nəticəsidir, bu üsullar psixoloji baxımdan çox yaxşı qurulub, düzgün formalaşdırılıb. onları təcəssüm etdirmək üçün neyrolinqvistik terminlər və təsirli ifadələr seçilir.

O bildirib ki, kepka – imicdir, Leninin obrazına işarədir (inqilab lideri kimi – red.), çünki kostyumla kepka yalnız Lenində olub.

Mədətyan Paşinyanın masası üstündə müstəlif görüşlərdə müxtəlif rənglərdə olan qum saatlarından da danışıb. Qeyd edib ki, adətən, görüşlərdə müxtəlif rəngli 3 qum saatı olur:

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

“Mülki Müqavilə Partiyası üzvləri ilə və yaxud Tavuşda sakinlərlə görüşdə masadakı 3 qum saatının rəngləri Ermənistan bayrağını simvolizə edir. Digər görüşdə isə onun masasında qırmızı, yaşıl və sarı rəngli qum saatları olub ki, bu da Azərbaycan bayrağının simvoludur”.

Qeyd edək ki, bu iddia özünü doğrultmur: Azərbaycan bayrağında sarı rəng yoxdur, mavidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol