Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişi imzalanacaq.
“BUTA.TV” xəbər verir ki, bu barədə “TRT Haber” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
İmzalanma mərasiminin bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacağı bildirilir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına birgünlük işgüzar səfər edib. Səfər çərçivəsində onun krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşəcəyi gözlənilir.
***
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə sazişi imzalanıb.
Üçtərəfli müdafiə sazişinə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilmiş kimi qəbul ediləcək.
Pakistan Xarici işlər Nazirliyinin yaydığı məlumata görə, bu sənəd regional sülhün, təhlükəsizliyin və sabitliyin gücləndirilməsini hədəfləyir. Bununla yanaşı, bu tərəfdaşlığın təcavüzkar hərbi cəbhə yaratmağa yönəlmədiyi vurğulanıb.



- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- DİM bu imtahanın nəticələrini elan etdi
- Ülviyyə İlyasova fəhləyə borclu qalıb?
- Tiktoker Melisa hava limanında saxlanıldı
- Bu 3 ölkədən birinə hücum hamısına edilmiş sayılacaq - Tarixi saziş - Yenilənib
- Daha bir qadın estetik əməliyyatdan sonra öldü
- Gəncədə 20 Yanvar abidəsi zibilliyə dönüb - Video
- Fermada bibisini ov tüfəngi ilə öldürdü