Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı - Foto

11:44 - 7 Avqust 2026 - GÜNDƏM

 Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı - Foto

Bakıda mənzildən meyit tapılıb.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib.

Saatlı rayon sakini 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.

Qeyd edək ki, Xubayar Rüstəmzadə ölkədə tanınmış banklardan birinin bölmə rəhbəri olub. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi tanınıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol