Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video

22:48 - 7 Avqust 2026 - GÜNDƏM

 Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video

Ağdaşda erkən nikahla bağlı çəkiliş aparan İTV əməkdaşlarına hücum edilib.

BUTA.TV xəbər verir ki, hadisə yetkinlik yaşına çatmayan qızın toy mərasiminin keçirilməsi ilə bağlı olub.

İTV Xəbərin çəkiliş qrupu hadisəni işıqlandırmaq üçün ərazidə olub. Baş verənlərə etiraz edən toy sahibləri İctimai Televiziyanın çəkiliş qrupuna hücum edərək, onlara qarşı zorakı hərəkətlər törədiblər.

Qeyd edək ki, Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun keçiriləcəyi barədə daxil olan məlumat əsasında polis və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı qızın 17 yaşı tamam olmadığı müəyyən edilib.

Polis əməkdaşları və aidiyyəti qurumların məsul şəxsləri hər iki tərəfin valideynləri ilə izahedici söhbətlər aparıb, erkən nikahın hüquqazidd olduğu diqqətə çatdırılıb. Nəticədə planlaşdırılan toy məclisi təxirə salınıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol