Azərbaycanda vergi borcları 4 milyardı ötdü

23:00 - 7 Avqust 2026 - İQTİSADİYYAT

 Azərbaycanda vergi borcları 4 milyardı ötdü

Bu il iyulun 1-nə Azərbaycanda vergi borcları 4 milyard 50,4 milyon manat təşkil edib.

BUTA.TV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilib.

Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 741,6 milyon manat və yaxud 22,4 % çoxdur.

Son 1 ildə isə ölkədə vergi borcları 556,7 milyon manat və yaxud 15,9 % artıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol