Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu

18:10 - 7 Avqust 2026 - GÜNDƏM

 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Şəfa Dadaşova yekunda belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.

Hökmə əsasən Nadir Mudadov 1 il 3 ay azadlıqdan məhrum edilib. O, ötən ilin avqustundan həbs edildiyi üçün 6 ay çəkilməmiş cəza müddəti qalıb.

Qeyd edək ki, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Həmin əməliyyatla bir neçə vəzifəli şəxs, o cümlədən 10 il birinci müavin işləyən Nadir Muradov həbs edilib. Həmin hadisədən qısa müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad edilib.

Sail Ağasəlim


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol