17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

18:57 - 7 Avqust 2026 - HADİSƏ

 17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin olması barədə daxil olmuş məlumat üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan “BUTA.TV”ya bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib.

Araşdırmalar zamanı qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib. Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol