Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, günün son oyununda "Sabah" və "Qarabağ" üz-üzə gəlib. "Bank Respublika Arena"da oynanılan görüş "tələbələr"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" beşinci pilləyə yüksəlib. Daha əvvəl çempionluğunu rəsmiləşdirən "Qarabağ" isə 72 xalda qalıb.
Günün digər oyununda "Səbail" doğma meydanda "Kəpəz"lə heç-heçə edib - 3:3.
Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Zirə" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...