Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb.
BUTA.TV xəbər verir ki, hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işin aparıldığını bildirən dövlət başçısı deyib:
“Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.
- Sabah hava necə olacaq?
- Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Video
- CHP-dən istefa verib - Yeni partiya yaratdı
- Həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı
- Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi
- "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik soyğun kameraya düşdü
- Dizinə antibiotik iynəsi vuran kişi öldü