Dünyanın aparıcı motor yağı istehsalçılarından olan “LIQUI MOLY” Azərbaycanda strateji pərakəndə satış və servis şəbəkəsi kimi “Radius”u seçib. Şirkət bu qərarın arxasında dayanan əsas meyarları “Radius”un təşkilatçılığı ilə keçirilən mətbuat konfransında açıqlayıb.
Almaniyada uzun illərdir motor yağları kateqoriyasında №1 mövqeyini qoruyan və 100% “Made in Germany” keyfiyyəti ilə tanınan “LIQUI MOLY” ilə Radius arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Yeni tərəfdaşlıq çərçivəsində “Radius” şirkəti “LIQUI MOLY”nin Almaniyadakı baş ofisinin texniki dəstəyi, peşəkar təlim proqramları, beynəlxalq ekspertlərin təcrübəsi və müasir servis standartlarından birbaşa yararlanacaq.
“LIQUI MOLY”in İxrac üzrə direktor müavini Andreas Maidelin sözlərinə görə, Radius-un bu statusa layiq görülməsi şirkətin qlobal tərəfdaşlıq meyarlarına əsaslanan seçimdir.
“Strateji tərəfdaş statusu heç vaxt təsadüfi verilmir. Bu status illər ərzində formalaşmış qlobal standartlara və ciddi seçim meyarlarına əsaslanır. Biz tərəfdaşlarımızı seçərkən yalnız biznes nəticələrinə deyil, eyni zamanda şirkətin dəyərlərinə, peşəkarlığına, etibarlılığına, xidmət mədəniyyətinə və uzunmüddətli əməkdaşlıq potensialına qiymət veririk. Radius ilə tanış olduqdan sonra əmin olduq ki, burada bu prinsiplər sadəcə bəyan edilmir, gündəlik fəaliyyətin ayrılmaz hissəsidir. Güclü komanda, müasir servis yanaşması və keyfiyyətə sadiqlik Radius-u bizim üçün etibarlı tərəfdaşa çevirib. Məhz buna görə Azərbaycanda strateji pərakəndə satış və servis şəbəkəsi kimi seçimimiz Radius oldu”.
Beləliklə, “LIQUI MOLY”nin qərarı göstərir ki, şirkətin qlobal tərəfdaşlıq modeli yalnız satış göstəricilərinə deyil, həm də servis infrastrukturu, xidmət keyfiyyəti, peşəkar komanda, müştəriyönümlü yanaşma və beynəlxalq standartlara uyğun fəaliyyət kimi meyarların kompleks qiymətləndirilməsinə əsaslanır.
Tədbirin sonunda “LIQUI MOLY” tərəfindən təsis edilmiş “Strateji pərakəndə satış və servis şəbəkəsi” statusunu təsdiq edən sertifikat “Radius”a təqdim olunub.
- Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi
- "Bibiheybət" imamının diplomu tanınmadı
- Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək
- Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşdı
- Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
- Niyə məhz “Radius”? - “LIQUI MOLY” qərarının səbəblərini açıqladı+Video
- Baş nazirdən yeni qərar...
- Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verildi