Ötən həftə Qazaxın anklav olmayan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrin Azərbaycan seqmentində bir çox yerli istifadəçilər Paşinyanın bu qərarını təqdir ediblər.
Ermənistanda isə müxtəlif fikirlər səslənir. Ermənilərin bəziləri bu addımın sülh üçün önəmli olduğunu desə də, hökumətin ölkəni təhlükə qarşısında qoyduğunu düşünənlər də var. Görünən odur ki, Paşinyan özündən əvvəlki erməni liderlərdən fərqli olaraq, başda Azərbaycan olmaqla, qonşuları ilə sülh və qarşlıqlı əlaqə yolunu seçib.
Mövzu ilə bağlı danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Paşinyan erməni xalqının təfəkkürünü dəyişməyə əsaslı sürətdə nail olub:
“Bu istiqamətdə artıq hiss olunur ki, böhran dövrü bitib. Erməni xalqı qonşuları, o cümlədən Azərbaycanla bağlı ərazi iddialarından yavaş-yavaş əl çəkir. Bu mövzuda Ermənistan baş naziri Nikol Paşinyanın addımları və rolu danılmazdır. Özlüyündə bu çox müsbət hadisədir və ola bilsin ki, bu ilin sonuna qədər sülh müqaviləsi imzalansın. Ancaq delimitasiya-demarkasiya mövzusunda müsbət nəticələrin əldə olunacağı mütləqdir. Paşinyan özündən əvvəlki erməni liderlərlə müqayisədə olduqca obyektiv və xalqınının aqibətini fikirləşən rəhbərdir. O, başa düşür ki, ümumiyyətlə Putin Rusiyasının gələcəyi yoxdur. Həm iqtisadi, həm də siyasi cəhətdən Ermənistanın Qərbin yanında olması erməni xalqı üçün ən yaxşı variantdır. Paşinyan hazırda bunun üçün mübarizə aparır”.
Politoloq yaxın gələcəkdə rəsmi İrəvanın Türkiyə ilə də münasibətləri qaydaya qoyacağına inanır:
“Ermənistan baş naziri son çıxışlarında yaxın günlərdə qeyd ediləcək qondarma erməni soyqırımı ilə bağlı “soyqırım” ifadəsi işlətməkdən çəkindi. Bu isə onun Türkiyə ilə diplomatik və iqtisadi əlaqələr qurmaq istəməsi ilə bağlıdır. Paşinyan türk-erməni ədavətinə son qoymaq üçün də gerçəkçi mövqe ortaya qoyur. Ermənilər artıq anlayır ki, tarixi gedişatın fonunda, Türkiyə ilə yüksək səviyyəli əlaqələrin qurulması İrəvana sadəcə tərəqqi və inkişaf gətirər”.
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
- Putinin köməkçisi Bakıda: Belə razılaşma hər ölkədə yoxdur - Video
- Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!
- “Rusiya qətiyyətli cavab verəcək” - Putindən xəbərdarlıq
- “Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - VİDEO
- AB-nin sərhəddə casusluq fəaliyyəti davam edir - Video
- Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!
- Soydaşımızı Ermənistanda döydülər - Video