Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilirkən ABŞ Kongresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.
BUTA.TV xəbər verir ki, bu barədə QAFSAM-ın sədr müavini, politoloq Nazim Cəfərsoy qeyd edib. O bildirib ki, layihənin qəbul edilib-edilməməsi ayrı mövzudur:
“Ancaq təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını da yazıblar siyahının başına. İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidur. ABŞ ilə NATO-nun Azərbaycan ilə müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, diğər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?!
Siyahıda adı olan bir digər mühüm şəxs DTX rəhbəri general Əli Nağıyevdir. General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentuta şəbəkələrinə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir!
Qısaca, ABŞ Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir”.
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
- Putinin köməkçisi Bakıda: Belə razılaşma hər ölkədə yoxdur - Video
- Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!
- “Rusiya qətiyyətli cavab verəcək” - Putindən xəbərdarlıq
- “Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - VİDEO
- AB-nin sərhəddə casusluq fəaliyyəti davam edir - Video
- Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!
- Soydaşımızı Ermənistanda döydülər - Video