Tiktok bu türk ölkəsində də əngəllənə bilər

15:42 - 23 Aprel 2024 - GÜNDƏM

 Tiktok bu türk ölkəsində də əngəllənə bilər

Tiktok sosial şəbəkəsi Qazaxıstanda da əngəllənə bilər.

BUTA.TV xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, sosial şəbəkələrdə dələduzluq və yalan məlumatların yayılması halları artıb:

“Bura narkotik maddələrin, pornoqrafik materialların yayılması, böyüklərin və uşaqların zorakılığı, ekstremist materialların, dini materialların yayılması daxildir. Monitorinqlər göstərir ki, bu gün sosial şəbəkələrdə qanunsuz məzmunun sayı artır. Qlobal tendensiyaya baxdıqda isə bir çox ölkənin bəzi sosial şəbəkələri bloklamaq məcburiyyətində qaldığını görürsünüz. Tiktokla bağlı bu məsələni öyrənirik. Məncə blok etmək lazımdır. Nazir kimi deyirəm ki, bu, nəzərdən keçirilməlidir, çünki uşaqlar baxır”.

Qeyd edək ki, Qırğızıstan da Tiktok sosial şəbəkəsinə girişi məhdudlaşdıracaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol