Almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir.
BUTA.TV xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov almaniyalı parlamentarinin növbəti ittihamlarına cavab olaraq X hesabında yazıb.
Onun sözlərinə görə, Frank Şvabe qorxur:
"Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən”.
Qeyd edək ki, S.Seyidovla F.Şvabe arasında "söz dueli" aprelin 30-da başlayıb. Belə ki, Şvabe X hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib.
S.Seyidov isə ona cavab olaraq bildirib ki, Şvabenin bu hərəkətləri siyasi terrorçuluqdur. Adıçəkilən siyasətçi hər şeydən əvvəl beynəlxalq hüquq normalarını tapdalayır.
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı