Bakı Dövlət Universitetinin (BDU) tarixi ilə bağlı yeni araşdırma aparılıb.
BUTA.TV xəbər verir ki, araşdırmanı tarixçilər Nazim Xəlilov, Elnur Nəciyev və Emin Məlikov aparıblar.
Tarixçilər bildiriblər ki, indiyədək yayılmış informasiyalarda BDU-nun adının 5 dəfə dəyişdirildiyi göstərilib:
"Amma arxiv sənədləri sübut edir ki, BDU-nun adı 7 dəfə (1922, 1924, 1934, 1939, 1990, 1991, 2000) dəyişdirilib. Yeni araşdırmamız xronologiya formasındadır. Burada BDU-nun tarixi aydın və yığcam şəkildə təqdim edilir.
Araşdırmamızda həmçinin qeyd edilir ki, 105 yaşlı ali məktəbin tarixi adı ilk dəfə 2000-ci ildə yox, 1990-cı ildə bərpa olunub. Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 1 mart 1990-cı il tarixli əmrində deyilirdi: "S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ilkin adı bərpa edilsin və Bakı Dövlət Universiteti adlandırılsın".
Biz tarixçi alimlər Ziyad Əmrahov və Samir İsmayılova dərin təşəkkür edirik! Bu xronologiyanı onların "Bakı Dövlət Universitetinin tarixi" adlı kitabındakı arxiv sənədləri əsasında tərtib etmişik. Sonda onu da bildirmək istəyirik ki, yeni araşdırmamızı BDU-nun 105 illik yubileyinə həsr etmişik".
Tarixçilərin araşdırmasına görə, BDU-nun adı aşağıdakı kimi olub:
1) 1919-1922 - BDU
2) 1922-1924 - ADU
3) 1924-1930 - V.İ.Lenin adına ADU
4) 1930-1934 - fəaliyyəti dayandırılıb
5) 1934-1939 - ADU
6) 1939-1990 - S.M.Kirov adına ADU
7) 1990-1991 - BDU
8) 1991-2000 - M.Ə.Rəsulzadə adına BDU
9) 2000-ci ildən - BDU.
- Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
- Bu rayonların icra başçısı yoxdur
- Trampın Asiya turu: ABŞ bu ölkəni itirir
- İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?
- Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
- Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu
- Yeni dövlət yaranır: türk, yoxsa yəhudi kimliyi olacaq?
- DTX icra başçısını Mehdiyev işinə görə saxlayıb? - Şok