Azərbaycanda nağd pul krediti və ipotekalarla bağlı faizlərin yüksək olması vətəndaşlar üçün ciddi çətinlik yaradır. Vətəndaşlar banklardan kredit götürdükdə və ya ipoteka şərtləri ilə ev aldıqda, onların aylıq ödənişləri olduqca yüksək məbləğlərlə hesablanır. Xüsusən, ipoteka kreditlərindən istifadə zamanı şəxsin aldığı mənzilin qiymətindən təxminən 70-80, bəzən hətta 100 faiz daha baha məbləğlər ortaya çıxır. Təxminən 50 min manat civarında olan mənzilin 10 il müddətinə ipoteka ilə alışı zamanı, ümumi ödənişlərin məbləği bəzi hallarda 100 min manata başa gəlir.
Bunun səbəbləri nədir? Banklarda ipoteka və kredit faizləri niyə bu qədər yüksəkdir? Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bunun başlıca səbəbi bankların vəsaitləri ucuz şəkildə əldə edə bilməməsidir:
“Bu problem Azərbaycanda davamlı olaraq gündəmdə olan məsələdir və maliyyə bazarlarının xarakteristikasından irəli gələn məqamdır. Biz bəzi hallarda beynəlxalq və başqa inkişaf etmiş bazarlarla müqayisə aparırıq, amma məsələ ondan ibarətdir ki, inkişaf etmiş bazarlarda bank sektoru vəsaitləri də daha ucuz şəkildə əldə edə bilir. Yəni burada əsas məsələ vəsaitin mənbəyidir. Bildiyiniz kimi, uçot dərəcəsi bəzi hallarda 0-a yaxınlaşır, bəzən isə mənfiyə keçir. Belə olduqda banklar depozitləri, əmanətləri çox aşağı xərclə cəlb edə bilirlər və bunu aşağı faizlərlə daşınmaz əmlak və ipoteka bazarına yönəldə bilirlər. Azərbaycanda təəssüf ki, hələlik bu imkanlar mövcud deyil”.
Ekspert ölkədə maliyyə bazarının inkişafı üçün bir sıra səbəbləri misal çəkib:
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
“Ölkədə maliyyə bazarların özü zəif inkişaf edib və aşağı xərcli vəsaitlər çox azdır. Banklar depozitləri bu gün təxminən 10 faiz ətrafında xərclə cəlb edə bilir. Bunun üzərinə infiliyasiya və bankın vergiləri də əlavə olunduqda təbii ki, bank aşağı faizlərlə ipotekanı və krediti verə bilmir. Burada əsas problemlər dediyimiz kimi, məhz cəlb olunan vəsaitin baha olmasıdır. Maliyyə bazarlarının inkişaf etməsi yalnız passiv yığımların dövriyyəyə cəlb edilməsində aktiv alətlərin yaradılması ilə müəyyən mənada xərci aşağı sala bilər. Azərbaycanda bank sektorunun reytinqinin yüksəlməsi, xarici mənbələrdən də aşağı faizlə vəsait cəlb etməsi üçün imkanlar formalaşdıra bilər ki, bu da aşağı faizli ipoteka bazarının inkişafı üçün yol açar”.
“BUTA.TV ” xəbər portalı olaraq 2019-ci il aprel ayının 24-dən fəaliyyətə başlamışıq. Bizə dəstək olmaq istəyirsinizsə aşağıdakı rəqəmlərdən birini seçə və ya təklif etdiyiniz məbləği göstərə bilərsiniz. Dəstəyiniz bizim üçün dəyərlidir.
- Qəzza ilə bağlı danışıqlarda iştirak etmirik - Kirbi
- Bakıda evə basqın edən şəxsin görüntüləri yayıldı - Video
- Bu ölkədən vətəndaşlarına xəbərdarlıq: Rusiyaya getməyin!
- Zurabişvili ikinci dəfə prezident olmaq istəyir
- Vyetnamda "Yaqi" qasırğası: 127 nəfər öldü, 750-i yaralandı
- Sakinlərin nəzərinə: Bu ərazilərdə qaz olmayacaq
- XİN-dən Paşinyana cavab: 1918-ci ilin bəyannaməsində...
- Bu, təkcə ölkəmiz üçün yox, region üçün də təhdiddir - Həsənov