ABŞ-da "Milli Təhlükəsizlik Strategiyası" (The National Security Strategy) adlı sənəd mövcuddur, bu, ABŞ prezidenti tərəfindən bir neçə ildən bir Konqres üçün hazırlanan sənəddir. Bu sənəddə ABŞ-ın milli təhlükəsizliyi sahəsində əsas problemlər və onların həlli yolları izah edilir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
O bildirib ki, Tramp Administrasiyası yeni Milli Təhlükəsizlik Strategiyasını dərc edib:
“ABŞ-ın prioriteti: Ukraynada hərbi əməliyyatların təcili dayandırılması ilə bağlı danışıqlar aparmaq, Avropada vəziyyəti sabitləşdirmək, eskalasiyanın qarşısını almaq, Rusiya ilə münasibətlərdə sabitliyi bərpa etmək və Ukraynanın müharibədən sonrakı mövcudluğunu təmin etmək.
Ən əsas məqam isə budur: Mask və Cey Di Vensin Avropada ultra-sağ, faşist və rusyönlü partiyaları dəstəkləmək barədə ideyaları (yenilənmiş strategiyada onlar "vətənpərvər" adlandırılır) artıq ABŞ-ın rəsmi siyasətinə çevrilib.
Milli Təhlükəsizlik Strategiyasından sitat: “ABŞ Avropanın hazırkı siyasi kursuna zidd olan vətənpərvər hərəkatları təşviq edəcək və dəstəkləyəcək”.
Bu strategiyanın ortaya qoyulması ilə Tramp, ABŞ sağ və ultra-sağı faktiki olaraq Avropa Birliyinə siyasi savaş elan etdi”.
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı
- Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
- Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi