Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda rəsmi səfərdə olub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin X hesabında paylaşımında bildirilib.
Səfər çərçivəsində ABŞ Baş Prokurorluğunun, Federal Təhqiqatlar Bürosunun, Ədliyyə Nazirliyinin və Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib.
"Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər, həmçinin əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub", – məlumatda qeyd olunub.
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı
- Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
- Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi