Ermənistanın Baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla birlikdə Tavuş rayonunun Kirants kəndində Azərbaycanla sərhədin demarkasiya olunmuş hissəsinə baş çəkib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə N. Paşinyan özünün Feysbuk səhifəsində paylaşım edib.
Baş nazir qeyd edib ki, səfərin məqsədi Ermənistan hökumətinin rəhbər tutduğu ölkənin təhlükəsizliyinin təmin edilməsi konsepsiyasını nümayiş etdirməkdir:
"Təhlükəsizliyin bir nömrəli ideyası ordudursa, ikincisi ordudursa, üçüncüsü ordudur, dördüncüsü ordudursa, o zaman təhlükəsizlik mövcud deyil və biz əmin olmalıyıq ki, təhlükəsizliyi təmin etmək üçün alətlər müxtəlif olsun. Bu divar bizim təhlükəsizliyi təmin etmək üçün alətimizdir", - Paşinyan demarkasiyadan sonra Kirants qəsəbəsində tikilən divara toxunaraq qeyd edib.
Baş nazir təhlükəsizliyin təmin edilməsində legitimliyin də mühüm şərt olduğunu vurğulayıb.
"2022-ci ildə biz Ermənistanın ərazi bütövlüyünü ilk dəfə özümüz tanıdıq. Demarkasiya prosesi gedəndə çoxları Kirants kəndinin boşalacağını, Kirants məktəbinin sərhəddən cəmi 50 metr aralıda olduğunu deyirdilər, uşaqların təhlükəsizliyini təmin etmək mümkün olmayacağını deyirdilər. Onlar artıq bir ildir ki, məktəbdə dərs keçirlər. Kirantsda heç bir insident qeydə alınmayıb”, - baş nazir bildirib.
Nikol Paşinyan həmçinin elan edib ki, bu ərazidə xidmət edən Ermənistan və Azərbaycan sərhədçiləri silahlarında güllə olmadan xidməti həyata keçirməyə razılaşıblar.
- Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos
- Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan
- İlham Əliyev Davosda panel iclasda iştirak etdi
- Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu
- Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama
- 2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı
- Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama
- İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı