Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi ilə bağlı “rəsmi etiraz bəyanatı” verən nə qədər siyasi partiya var? Müsavat Partiyasının bəyanatından başqa ortada elə bir şey yoxdur. Halbuki Azərbaycanda 50-yə qədər qeydiyyatdan keçmiş partiya mövcuddur.
BUTA.TV xəbər verir ki, bu sözləri mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.
O bildirib ki, hakimiyyətin təzyiqi riski partiyaların, ziyalıların bu həbsə etiraz etməsinə mane ola bilər. Buna baxmayaraq, o, Əli Kərimlinin həbsinə beynəlxalq münasibətin də “ürəkaçan” olmadığını etiraf edib.
Jurnalist bunu “Donald Tramp üçün siyasi məhbuslar mövzusunun o qədər də cəlbedici olmaması ilə” əlaqələndirsə də, “beynəlxalq münasibət” deyəndə niyə yalnız ABŞ-ın mövqeyindən bəhs etməsinə aydınlıq gətirməyib. Halbuki Avropa dövlətləri və institutları da var.
Nəticə etibarilə o, Əli Kərimlini müdafiə etməyin heç də asan olmamasına diqqət çəkib:
“Əli Kərimliyə qarşı irəli sürülmüş “dövlətə xəyanət” ittihamı ağır cinayətdir. Bu da təşkilatların və partiyaların onun müdafiəsinə dəstək verməkdən ehtiyat etməsinə səbəb olur. Azərbaycanda partiyalar arasısında güvən və narazılıq problemi də kritik həddədir. Bu da kollektiv müdafiə mexanizmlərinin yaradılmasını çətinləşdirir. Ona görə də Əli Kərimlinin müdafiə komitəsi hələ də yaranmayıb”.
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı
- Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
- Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi