2025-ci il dekabrın 5-də Moskvada MDB İqtisadi Şurasının 108-ci iclası keçirilib.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, iclasda MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri müzakirə edilib. İclası MDB İqtisadi Şurasının sədri, Tacikistan baş nazirinin birinci müavini Xokim Xolikzoda sədrlik edib.
İclasda Azərbaycanı baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil edib. Ermənistan tədbirə Rusiyadakı səfirini göndərməklə kifayətlənib.
İclasda Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin təşəbbüsü ilə hazırlanmış MDB-yə üzv dövlətlərin ərazilərindən keçən magistral nəqliyyat arteriyalarının inteqrasiyası üzrə konsepsiya layihəsinə baxılıb. Layihə haqqında məlumatı Qazaxıstan Respublikasının nəqliyyat nazirinin müavini Janibek Taijanov təqdim edib. Konsepsiya layihəsinin əsas məqsədi MDB çərçivəsində inteqrasiya olunmuş nəqliyyat sisteminin yaradılmasıdır. Bu, dövlətlər arasında malların təhlükəsiz, sürətli və səmərəli daşınmasını təmin edəcək, daşıma xərclərini azaldacaq və rəqabət qabiliyyətini artıracaq.
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
Sənəd baxılmaq üçün MDB Hökumət Başçıları Şurasına təqdim olunacaq.
İqtisadi Şuranın üzvləri Müstəqil Dövlətlər Birliyinin 35 illiyinə həsr olunmuş tədbirlər planını təsdiq ediblər. O, həm MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın inkişafına, həm də bütövlükdə Birliyin möhkəmləndirilməsinə və təşviqinə yönəlmiş 30-dan çox mühüm və ümumən əhəmiyyətli hadisəni özündə birləşdirən beş bölməni əhatə edir.
İqtisadi Şura 2030-cu ilədək MDB iştirakçısı olan dövlətlərdə təbii qazdan avtomobillərin mühərrik yanacağı kimi istifadəsinin inkişafı və stimullaşdırılması üzrə tədbirlər kompleksini də təsdiqləyib.
Maraqlıdır ki, dekabrın 5-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədova zəng edib. Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.Mixail Mişustin və Əli Əsədov sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə birgə layihələrin inkişafının vacibliyini vurğulayıblar.
Yada salaq ki, oktyabrın 24-də baş nazirin birinci müavini Yaqub Eyyubovun 80 yaşı tamam olub. Baş nazirin birinci müavini Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunub.
Dekabrın 5-də MDB-nin mənzil-qərargahında Müstəqil Dövlətlər Birliyinin İnsan Hüquqları Komissiyasının beşinci iclası da keçirilb. Toplantıya Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili(ombudsman) Tatyana Moskalkovanın sədrliyi ilə keçirilib.
Rəsmi xəbərdə bildirilir ki, tədbirdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan nümayəndələr iştirak ediblər, amma Azərbaycanın tədbirdə təmsilçisi olması haqda bilgi verilmir.
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
- Azərbaycanın diqtəsi, yoxsa hərbi islahat? - Ermənistanda hərbi xidmət müddəti azaldılır