Aprel ayında keçirilmiş Avropa Birliyi – Mərkəzi Asiya sammitində Orta Dəhlizin inkişafının sürətləndirilməsi barədə razılaşma əldə edilib.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstanın “Silk Way” telekanalına müsahibəsində Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişi də yeni imkanlar açır:
“Bu, Asiya ilə Avropanı birləşdirən və Qara dəniz istiqamətinə çıxan Trans-Xəzər marşrutunun hərtərəfli inkişafı üçün geniş perspektivlər yaradır”.
Qeyd edək ki, Orta Dəhliz adı ilə tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin ilə Avropa ölkələrini Qazaxıstan ərazisi, Xəzər dənizinin akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı
- Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
- Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi