Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Ermənistanda səfərdədir.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lord Vernon Koaker İrəvanda müdafiə naziri Suren Papikyanla görüşüb, müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə iki ölkənin səfirləri, həmçinin Böyük Britaniyanın Ermənistandakı ilk hərbi attaşesi mayor Tomas Şorland Boll da iştirak edib.
Nazirlər hesab edirlər ki, Ermənistan və Böyük Britaniyada rezident attaşelərin təyin edilməsi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə kömək edəcək.
Görüşdə bir sıra beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker ötən gün Azərbaycanda səfərdə olub, bir sıra görüşlər keçirib.
- Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos
- Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan
- İlham Əliyev Davosda panel iclasda iştirak etdi
- Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu
- Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama
- 2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı
- Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama
- İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı