2026-cı il Ermənistan üçün gərgin il olacaq: ölkəmizdə AB Sammiti, payızda COP-17 Biomüxtəliflik Sammiti və növbəti parlament seçkisi keçiriləcək.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
“Bir daha təkrar edirəm ki, mən və hakim çoxluq növbəti parlament seçkisinə böyük bir nikbinlik və pozitivliklə yanaşırıq. Bir daha bildirməliyəm ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub. Bizim vəzifəmiz sülhü dəstəkləmək, gücləndirmək və təsis etməkdir. Son zamanlar görülən işləri təhlil edərkən aşağıdakıları qeyd etmək vacibdir: sadə dillə desək, Ermənistanla Azərbaycan arasında etimad hətta bir millimetr artdıqda 10 santimetrlik praktik irəliləyişlə nəticələnir. Bu, sadə, şərti bir düsturdur, amma bu məsələ ilə bağlı təəssüratımı bölüşmək istəyirəm. Demək istəyirəm ki, bu gün sülh perspektivləri ilə bağlı, məsələn, 15-20 avqust 2025-ci il tarixlərindən daha çox nikbinəm, baxmayaraq ki, o vaxt da əvvəlkindən daha nikbin idim”, - o bildirib.
- 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
- Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
- Leyla və Alena Əliyevalar festivalda - Fotolar
- Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
- Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
- Tətilə gedə bilməyənlər bu yazını oxusun…
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı