Ermənistan prezidenti delimitasiyadan danışdı

18:48 - 30 Aprel 2024 - GÜNDƏM

 Ermənistan prezidenti delimitasiyadan danışdı

Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda gələcək və davamlı sülhə yönəlib.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistan mətbuatına açıqlamasında deyib.

“Tavuşda, Aşağı Əskipara (Voskepar), Bağanis Ayrım (Bağanis), Xeyrimli (Kirants) və Qızılhacılı (Berkaber) kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, başa düşməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə yaxşı dəqiqləşdirilməsindən asılı olacaq. Bu, regionda mümkün eskalasiyanın qarşısını alacaq”, - o bildirib.

Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Vardanyanın Ağdərədəki qanunsuz biznesi - VİDEO

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol