Ukraynanın “Fire Point” şirkəti payızın sonuna qədər Moskvaya çata biləcək ballistik raket yaratmağı planlaşdırdığını təsdiqləyib.

BUTA.TV xəbər verir ki, bu barədə şirkətin CEO-su İrina Terex məlumat verib.

“Bizim planlaşdırılan tarixlərimiz var. Uzaqmənzilli ballistik raketi payızın sonunadək yaratmağı planlaşdırırıq. Biz Moskvaya çata biləcək bir platforma hazırlayırıq.

Hədəf kimi Moskvanın seçilib-seçilməyəcəyinə isə Ukrayna Silahlı Qüvvələri qərar verəcək. “Fire Point” silah istehsalçısı kimi heç vaxt hədəf seçmir. Amma mən çox istərdim ki, bu, Moskva olsun”, - o bildirib.

General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO