Çin Atlantadakı zooparka göndərilmək üçün iki nəhəng panda - Ping Ping və Fu Shuang - yola salıb.

BUTA.TV xəbər verir ki, bu barədə Çinin dövlət informasiya agentliyi Xinhua məlumat yayıb.

Pandalar Çinin cənub-qərbindəki Çengdu şəhərindən yerli vaxtla saat 02:55-də təyyarə ilə uçub, uçuşun təxminən 15 saat çəkəcəyi bildirilib. Onların Atlantaya çatması yerli vaxtla bazar günü səhər saatlarına planlaşdırılıb.

Ping Ping 2020-ci il martın 17-də, Fu Shuang isə həmin ilin oktyabrında dünyaya gəlib. Çinin ABŞ-dakı səfiri Sie Fen sosial media hesabında pandaların şəkillərini paylaşaraq yazıb: "Bizim iki tüklü ulduzumuzu qarşılamağa hazırlaşın!"

Qeyd edək ki, pandaların göndərilməsi Çin lideri Si Cinpinin Vaşinqtona dövlət səfərinin başa çatmasından bir gün sonra baş verib. Səfər zamanı Si Cinpin və ABŞ Prezidenti Donald Tramp ticarət barədə razılaşma əldə ediblər.

General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO