"Bu gün nə qədər kədərli olsaq da, bir o qədər də qürurluyuq. Çünki bu gün 6 il əvvəl başlayan Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi və hazırda azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlərin yaşayıb yaratması bizi qürurlandırır. Yəni, axıdılan qan, verilən can hədər yerə getməyib".

Bunu açıqlamasında şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin bacısı Sevinc Baxşəliyeva deyib.

O bildirib ki, qardaşı şəhid olana qədər 25 illik hərbi fəaliyyət göstərib:

"Həmin müddət ərzində müəllim kimi tələbələrinə aşıladığı Vətən sevgisini 6 il əvvəl əyani olaraq özü nümayiş etdirdi - Qubadlı ərazisində şəhidlik zirvəsinə ucaldı. Qəribin illər əvvəl dediyi üç söz bu gün şüar olub: kişiyə ürək, dosta kürək, bayrağa külək çox yaraşır. Həqiqətən də bu, müharibə dövründə sübuta yetirildi. Biri-birinə dost kimi kürək oldular, ürəkli oldular və bayrağımızı dalğalandırdılar.

Bu gün qardaşımın dörd övladı böyüyür. Ən kiçik övladının üzünü görməsə də, o, atasının getdiyi yeri - Cənnət adını daşıyır. Qızımızın artıq 6 yaşı var, həmin illərlə bərabər o da böyüyür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin", - şəhid bacısı deyib.

General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO