Britaniya polisi ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan “RAF Feyrford” aviabazası yaxınlığındakı ərazini boşaldıb və bir neçə nəfəri saxlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, İngiltərənin cənub-qərbində yerləşən Uelford ərazisində polis “böyük insident” elan etdikdən sonra bir neçə evin sakinlərini təxliyə edib və bir neçə şəxsi saxlayıb.

Saxlanılan şəxslər partlayıcı maddələr haqqında qanunla nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinirlər. Ərazidə orduya məxsus partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupu bir neçə avtomobili yoxlayıb.

Yerli sakinlər yaxınlıqdakı istirahət mərkəzinə təxliyə edilib və ərazi mühasirəyə alınıb.

General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO