Azərbaycan ABŞ-ın təzyiqinin öhdəsindən gəlir, lakin qeyd etmək lazımdır ki, Vaşinqton uzun məsafə üçün oynayır.
BUTA.TV xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
“Bayden administrasiyası Bakının ölkədə Amerikanın beşinci kolonunun yaradılmasına necə sərt reaksiya verdiyini heç vaxt unutmayacaq. Belə şeyləri adətən Vaşinqtonda bağışlanmır. Ona görə də Azərbaycan arxayın düşməməlidir. Artıq Azərbaycanın siyasi və güc elitasının nümayəndələrinə qarşı sanksiyalar tətbiq etmək cəhdləri var. Bunun arxasında təkcə ermənipərəst lobbiçilər deyil, həm də Azərbaycanın güclənməsini sevməyən nüfuzlu dairələr dayana bilər”, - o bildirib.
Korotçenkonun sözlərinə görə, dünyada, o cümlədən Cənubi Qafqaz regionunda mürəkkəb çoxsəviyyəli proseslər gedir:
“Dəyişən təlatümlü dünyada çox şey məhv olur və yeniləri yaranır. Amma dünya nizamı dəyişəndə İlham Əliyevin nümayiş etdirdiyi kimi milli maraqların müdafiəsi siyasətinə ciddi-ciddi riayət etmək çox vacibdir”.
- Bakıda sürücü avtomobili yolun ortasında saxladı - Video
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video