1-ci Liqada çıxış edən "İrəvan" klubunun futbolçuları “qumar” şübhəsi ilə futboldan uzaqlaşdırılıblar.
BUTA.TV Sportinfo.az-a istinadən xəbər verir ki, bu mövsüm artıq "İrəvan"ın iki futbolçusu oyun alqı-satqısına görə futboldan uzaqlaşdırılıb, bəziləri isə müxtəlif cəzalar alıblar.
Söhbət AFFA İntizam Komitəsinin martın 18-də çıxardığı hökmdən gedir. Həmin gün verilən qərarla 4 nəfər danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırılıb. Onlardan ikisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir. Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə, 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb.
Bunlar “İrəvan”dan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.
Qeyd edək ki, 2-ci Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video
- Ərdoğandan Azərbaycana növbəti təşəkkür
- Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı