Bu qış Ukrayna üçün ağır keçəcək - Miller
Polşanın keçmiş baş naziri Leşek Miller qarşıdan gələn qışın Ukrayna üçün ağır keçəcəyini bildirib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə “Polsat Nyus” telekanalına açıqlamasında danışıb.
Millerin sözlərinə görə, Ukraynanın enerji infrastrukturuna dəyən zərər ölkədə elektrik enerjisi və istilik təchizatı ilə bağlı ciddi problemlər yarada bilər.
“Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid etdiyini deyəndə nəyi nəzərdə tutur? Bəlkə də qış gələcək və onların nə elektrik enerjisi, nə də istiliyi olacaq”, – keçmiş baş nazir təəccüblənib.
Miller qeyd edib ki, Ukrayna ordusunun Rusiyanın enerji infrastrukturuna hücumları Moskvanın cavab tədbirlərinə səbəb olub.
Onun fikrincə, bu qarşılıqlı zərbələr Ukraynanın enerji sisteminə ciddi təsir göstərə və qarşıdan gələn qışda ölkə üçün ağır nəticələrə gətirib çıxara bilər.
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi