Yəmən sahillərində tankerə hücum olub.

BUTA.TV xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatı məlumat yayıb.

Hadisə Moxa şəhərindən 60 dəniz mili cənubda baş verib.

Gəmi təhlükəsizliyindən məsul olan şirkət nümayəndəsi tanker heyətinin yaxınlıqda bir neçə partlayış müşahidə etdiyini bildirib.

Məlumata görə, heyət üzvləri arasında xəsarət alanlar yoxdur və ətraf mühitə ziyan dəyməyib.

Gəminin adı və qeydiyyatda olduğu liman açıqlanmayıb.

Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi