Anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən söyləyib.
“Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik”, - İlham Əliyev qeyd edib.
- Ərdoğan Bakıdakı paraddan fotolar paylaşdı
- Heydər Əliyevin portreti Bakı səmasında - Video
- Qardaş Azərbaycan xalqı... – Ukrayna səfiri
- İlham Əliyev Hərbi paradla bağlı paylaşım etdi - Foto
- Onlar indi təcridxanada Azərbaycan çayı içirlər... - Prezident
- 1918-ci ildə Bakını işğaldan azad edən Ənvər və Nuru Paşanı...
- Hakan Fidandan Zəfər Günü ilə bağlı paylaşım
- Ərdoğan Bakıdakı hərbi paraddan görüntülər paylaşdı