Mayın 15-i axşam saatlarında İranın Məşhəd şəhərində güclü yağış daşqınlara səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, daşqın nəticəsində 7 nəfər həlak olub, xeyli sayda insan xəsarət alıb. 12 nəfərin isə itkin düşdüyü bildirilir.
Ölənlərdən ikisi avtomobillərindən çıxa bilmədikləri üçün boğulub, bir ana və dörd övladı isə evin çökməsi nəticəsində həyatını itirib.
Yerli əhali şəhərin ən çox daşqın qeydə alınan Seyyidi bölgəsində baş verən insan itkisinə görə bələdiyyəni günahlandırıb. Bildiriblər ki, bələdiyyə idarəsi ərazidə təbii kanal funksiyasını yerinə yetirən dərəni satmaq məqsədi ilə doldurduğuna görə bölgəni su basıb.
Yerli mənbələr şəhər və ətraf bölgələrə ciddi maddi ziyan dəydiyini qeyd ediblər.
- Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!
- Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb
- Quru sərhədlərin açılması barədə vacib açıqlama
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək