Ağdamın “Qarabağ” klubu rusiyalı qapıçısı Andrey Lunyova yeni müqavilə təklif edib.
BUTA.TV Publika.az xəbər verir ki, bu barədə qolkiper özü məlumat verib.
“Hazırda diqqət yalnız mövsümün sonuna yönəlib. Mövsümün sonunda gələcəyimlə bağlı bəzi qərarlar verəcəyəm. “Qarabağ” rəhbərliyi yeni müqavilə təklif edib. Bəli, biz müzakirə prosesindəyik. Proses gedir”, - deyə “Match” TV Lunyevin sözlərindən sitat gətirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Qarabağ”ın 32 yaşlı qolkiperinə Moskva “Dinamo”su və “Rostov”un maraq göstərdiyi barədə xəbərlər yayılıb.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Qeyd edək ki, bu mövsüm 32 yaşlı qapıçı bütün turnirlərdə 32 matçda iştirak edib, 10 oyunda qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, qolkiperin bazar dəyəri bir milyon avrodur.
- Bəzi ərazilərə leysan yağdı
- Bakıda azyaşlı bacı-qardaş itkin düşdü
- “Çox yox, sistemli oxumaq lazımdır” - 400 bal toplayan Paşa
- Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar
- Həftəsonu rayonlara gedənlərin nəzərinə!
- Xırdalanda yaşayış binasında yanğın - Video
- Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video
- Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı? - Fotolar