Amerikalı investor və Londonun “Çelsi” futbol klubunun keçmiş sahibi Todd Bouli Rusiyanın “Lukoil” neft şirkətinin xarici aktivlərini əldə etmək cəhdində ABŞ hakimiyyət orqanlarının və Fars körfəzi ölkələrinin nümayəndələrinin dəstəyini qazanıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Bouli bir neçə aydır “Lukoyl”un beynəlxalq biznesi üçün təsdiq almaq üzərində işləyir. Onun konsorsiumuna ABŞ-da yerləşən Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) nümayəndələri, BƏƏ prezidentinin qardaşı Təhnun bin Zayed Əl-Nəhyan və qətərli milyarder Əl-Xəyyat ailəsinin nümayəndələri daxildir.

Boulinin təklifi hələlik yekun təsdiq almayıb. Lakin onun müraciəti ABŞ hakimiyyəti tərəfindən “Lukoyl”un beynəlxalq aktivlərinin “Carlyle” investisiya şirkətinə satılması ilə bağlı başqa bir sövdələşmənin nəzərdən keçirilməsi ilə əlaqədar olaraq araşdırılır”, - məlumatda bildirilib.

PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır