Belarus Prezidenti Aleksandr Lukaşenko İranın Ali dini lideri Əli Xameneiyə İbrahim Rəisi və bir sıra yüksək səviyyəli liderlərin vəfatı ilə əlaqədar başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
O, xüsusilə Rəisinin Belarusun əsl dostu olduğunu və Belarus-İran əməkdaşlığının inkişafına qayğı göstərdiyin bildirib:
“Prezident İbrahim Rəisi bütün həyatını İran xalqına fədakar xidmətə həsr etmiş müdrik lider kimi tarixə düşəcək. Belarusun əsl dostu olan, Belarus-İran əməkdaşlığının inkişafına böyük əhəmiyyət verən Prezidentlə görüşlər, söhbətlər haqqında ən xoş xatirələrimi həmişəlik yaddaşımda saxlayacağam”.
- Zaur Mikayılov Füzulidə vətəndaşları qəbul etdi
- 3400 illik qızıl diademlər tapıldı - Foto
- ADY ilə qida sənayesi məhsullarının tranzit daşımaları 2 dəfə artıb
- "Sea Breeze"ə getmək istəyənlərə şad xəbər
- Sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başladı
- Qırıcılarımız havaya qaldırıldı - Foto
- Mingəçevirdə balıq ovu festivalı keçirildi - Fotolar
- Bayramovla Lavrovun görüşü başladı - Fotolar