3400 illik qızıl diademlər tapıldı - Foto

14:45 - 17 İyul 2026 - GÜNDƏM

 3400 illik qızıl diademlər tapıldı - Foto

Kiprdə aparılan arxeoloji qazıntılar zamanı yaşı təxminən 3400 il olan qızıl diademlər (başa taxılan bəzək əşyası) aşkarlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Oksford Arxeologiya” jurnalı məlumat yayıb.

Məlumata görə, Hala Sultan xanəgahı qədim qəbiristanlığında tapılan doqquz qızıl diademdən biri 4-5 yaşlı uşağın alnında qorunub saxlanılıb. Uşaq 68 muncuqdan ibarət boyunbağı və sırğalarla birlikdə dəfn edilib.

Tədqiqatçıların fikrincə, ağır diademlər gündəlik istifadə olunub, yüngül nümunələr və dodaqlara qoyulan qızıl lövhəciklər isə dəfn mərasimləri üçün hazırlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Gəmi kapitanı Səmədin nəşi tapıldı

Qeyd edək ki, Hala Sultan xanəgahı e.ə. 1630-1150-ci illərdə Aralıq dənizinin mühüm liman şəhərlərindən biri olub və geniş beynəlxalq ticarət əlaqələrinə malik idi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol