Rusiyada daha bir məmur həbs edildi

13:32 - 20 May 2024 - GÜNDƏM

 Rusiyada daha bir məmur həbs edildi

Rusiyanın Altay diyarı hökumətinin sədr müavini İvan Kibardin dələduzluq ittihamı ilə Moskvada saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Moskvanın Lefortovo məhkəməsində Kibardin barəsində 2024-cü il iyulun 15-nə kimi həbs-qətimkan tədbiri seçilib.

Altay diyarının qubernatoru Viktor Tomenko Teleqram kanalında Kibardinin vəzifəsindən qovulduğunu bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

Onun sözlərinə görə, Kibardinin vəzifə səlahiyyətlərini Dmitri Malıxin icra edəcək.

Qeyd edək ki, İvan Kibardin bu vəzifəyə 2018-ci ilin oktyabrında təyin olunmuşdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol