Vladimir Putinin ötən gecə İran səfiri və təhlükəsizlik rəsmilərinin iştirakı ilə keçirdiyi iclasda prezident İbrahim Rəisini daşıyan helikopterin axtarışına rus xilasedicilərini göndərmək qərarına gəlib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qrupa alpinistlər, həmçinin “Centrospas” və “Lider” mərkəzinin mütəxəssisləri də olmaqla 60 nəfər daxil olub.
Təbriz ərazisinə yüksək hündürlükdə fəaliyyət göstərə bilən helikopter də göndərilib. Rusiyanın Ermənistandakı hərbi bazasında axtarış-xilasetmə əməliyyatları üçün daha iki helikopter hazırlanıb. Heyət və yüksək hündürlükdə uça bilən helikopter “Jukovski” aerodromundan dərhal havaya qalxan iki təyyarə ilə daşınıb.
“Birinci təyyarə Təbrizə yaxınlaşanda helikopterin qalıqlarının (Rəsinin uçduğu) tapıldığı barədə kədərli məlumat gəldi”, - Peskov bildirib.
Daha sonra İran tərəfi ilə razılaşaraq Rusiya təyyarələri havada geri dönüb və öz bazalarına qayıdıblar.
- Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı
- İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...
- Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
- Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar
- Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı
- Rusiyadan imtina edib Azərbaycandan alacağıq - Matevosyan
- Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video
- Putin İradə Zeynalovaya rütbə verdi