Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun İsrail liderlərinə qarşı həbs orderi tələb etməsi təhqiredicidir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlamasında deyib.
O açıqlamasında tərəfləri bərabər tutmağın düzgün olmadığını bildirib:
“Bir məsələyə aydınlıq gətirim - prokurorun nəyi nəzərdə tutmasından asılı olmayaraq İsraillə Həmas arasında heç bir ekvivalentlik yoxdur. Biz İsrailin təhlükəsizliyinə qarşı istənilən təhdiddə həmişə onun yanında olacağıq”.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, həmçinin HƏMAS liderləri Yəhya Sinvar və digərlərinin həbsinə order verilməsini tələb edib.
- Nəriman Həsənzadənin vəziyyəti ağırdır
- Final təyinatı onu kövrəltdi - Video
- Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı
- NK-da əhalinin siyahıyaalınmasına dair iclas keçirilir
- “Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi!
- Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edildi
- Milli Depozit Mərkəzində yeni təyinat - Foto
- Zelenski Azərbaycanəsilli məmuru işdən çıxardı