Güclü yağış səbəbindən Zaqatalada 250-yə yaxın evin həyətyanı sahəsini sel suları basıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, mayın 20-si axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində leysan yağıb, rayon mərkəzidə daxil olmaqla ətraf yaşayış məntəqələrinə 3-4 dəqiqə ərzində dolu düşüb.
Leysan gecə saatlarında rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən Üçüncü Tala kəndinin inzibati ərazisində daha çox müşahidə olunub.
Kəndin inzibati ərazisinə yağan güclü leysan səbəbindən kənddaxili və kəndin ətrafındakı kiçiktutumlu çaylarda və kanallarda sel sularının yaranmasına səbəb olub.
Sel suları kəndin 250-yə yaxın həyətyanı sahəsinə dolub, 20-dən çox evin zirzəmisinə və yaxud birinci mərtəbəsinə yağış suları dolub.
Leysan yağışı üzündən kənd sakinlərinin xeyli sayda toyuq-cücəsi tələf olub.
Hazırda müvafiq qurumun nümayəndələri ərazidə leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır, əhaliyə dəymiş ziyanın miqyasını müəyyənləşdirirlər.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq