1990-cı ildə Türkiyə Silahlı Qüvvələri ilk dəfə “Sikorski S-70” helikopteri alırlar. Bu zaman “Sikorski” (Sikorsky) mühəndisləri türkləri S-70 modelinin “loop” hərəkətini (çevrə üzrə tərsinə dönmək) edə bilməyəcəyi barədə xəbərdarlıq edir. Türk pilotlar bunu edə biləcəklərini iddia edirlər. İş böyüyür. “Sikorski” şirkəti və Türk Silahlı Qüvvələri komandanlığı bu barədə mərcə girir.
Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev paylaşıb.
Onun sözlərinə görə, türk pilotlar S-70 modeli ilə “loop” hərəkətini yerinə yetirir. Bu sınağı izləyən “Sikorski” mühəndisləri deməyə söz tapmır.
Daha sonra bu sınaq zamanı çəkilmiş şəkil S-70 modelinin reklamlarında istifadə olunur. Bu helikopteri sonradan alan ölkələr bunu kimlərin və necə etdiyini soruşduqda isə məşhur bir deyim yaranır:
"Necə etdiklərini biz də bilmirik. Tək bildiyimiz odur ki, onlar Türkdür”.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq