Qəzzaya ərzaq yardımı dayandırıldı

23:24 - 21 May 2024 - GÜNDƏM

 Qəzzaya ərzaq yardımı dayandırıldı

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi Qəzza zolağının cənubundakı Rəfah şəhərinin sakinlərinə ərzaq paylanmasının müvəqqəti dayandırıldığını elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə agentlik "X" sosial səhifəsində yazıb.

“Ərzaq paylanması təchizat çatışmazlığı və təhlükəsizlik səbəbindən dayandırılıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, agentliyin 24 tibb mərkəzindən yalnız 7-si açıq qalır. Kerem Şalom və Rəfah keçidlərinin bağlanması səbəbindən agentliyin əməkdaşları son 10 gündə tibbi ləvazimat almayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol