Xarkov vilayətində yeni hücumun ilkin mərhələsində ruslar tamamilə yeni taktikalardan istifadə etdilər ki, bu da döyüşün ilk günlərində onların uğur qazanmasının səbəblərindən biri oldu.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” qəzetinə Ukraynanın “Kraken” xüsusi təyinatlı bölməsinin “Draqo” ləqəbli döyüşçüsü danışıb.
Draqonun sözlərinə görə, o, silahdaşları ilə bir neçə həftə ərzində sərhədin o tayında rus qoşunlarının cəmləşməsini sadəcə izləməyə məcbur olub. Belə ki, donor ölkələr tərəfindən Qərb silahlarının Rusiya ərazisində tətbiqinə qadağa qoyulduğuna görə ukraynalıların sadəcə olaraq qabaqlayıcı zərbə endirmək imkanı olmayıb.
"Orada çoxlu ruslar toplanmışdı və biz onları yolda məhv edə bilərdik, lakin bizdə az sayda ATACMS var idi və onlardan istifadəyə qadağamız olduğuna görə, onlar sərhədi keçənə qədər gözləməli olduq", - deyə Draqo bildirib.
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- Onlar “Neftçi”yə rəqib oldular
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər