Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda 10 ballıq tektonik bölgələrin mövcud olduğunu deyib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, o, bu barədə Bakıda keçirilən "Katastrofik risklərə qarşı dayanaqlı maliyyə sistemi" mövzusunda keçirilən konfransda məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan 8-9 ballıq zəlzələ zonasına aiddir:
"Lakin Azərbaycanda 10 ballıq bölgələr də mövcuddur. Zəlzələnin baş verəcəyi ilə bağlı qısamüddətli proqnoz dünyada yoxdur, ortamüddətli və uzunmüddətli proqnozları isə əvvəldən vermək olur. 20 il ərzində ölkədə maqnitudası 1,5 və 3-dən yuxarı olan çoxsaylı zəlzələlər baş verib".
Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
Baş direktor həmçinin vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində geofiziki tədqiqatlar aparılmayıb: "Torpaqlarımızın 30 il işğal altında olması ilə əlaqədar orada tədqiqatlar və araşdırmalar aparılmayıb".
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- Onlar “Neftçi”yə rəqib oldular
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video