Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vizler mayın 22-də Ermənistan parlamentinin iclasında qərəzli bəyanatla çıxış edərək Qarabağdan könüllü çıxan ermənilərin “ürəkağrısı” ilə “halına yanmış”, Azərbaycanı guya hansısa “itkin düşmüş şəxslərin” siyahısını təqdim etməyə çağırıb. Qərbi Azərbaycan İcması olaraq Vizlerin Azərbaycanı “etnik təmizləmədə” günahlandırmağa cəhd edən və müharibə cinayətlərində, eləcə də insanlıq əleyhinə cinayətlərdə və terrorçuluqda əli olan şəxslərin “azad edilməsini tələb edən” bəyanatını rədd edir və kəskin şəkildə qınayırıq.
BUTA.TV xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda qeyd olunub ki, əslində etnik təmizləmə siyasətini həyata keçirən Ermənistandır. Vaxtılə otuz il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış bu ölkə 300 mindən çox azərbaycanlını 1987-1991-ci illərdə öz ərazisindən zorla çıxarıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 mindən çox azərbaycanlının taleyinə isə hələ də aydınlıq gətirilməyib.
“Bütün bunlar sübut edir ki, Vizler Azərbaycana qarşı münasibətində qərəzlidir və ayrı-seçkilik mövqeyi nümayiş etdirir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində atılan son addımlar müstəvisində regiondan kənar dövlətlərin bu cür ziyanlı və yersiz müdaxilələri yolverilməzdir.
Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
İcma Klod Vizleri ədalətli mövqe sərgiləməyə, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtması ilə bağlı məsələyə reaksiya verməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- Onlar “Neftçi”yə rəqib oldular
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video